Qurban Qurbanov: "Kaluderoviç kimdi ki?"

21:13 19 May 2015

“Kaluderoviç kimdi ki? Bizə çox menecer futbolçu təklif edir”.
 
 
Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Yay fasiləsində heyətini gücləndirməyə çalışan Ağdam klubunun gündəmində olan futbolçulardan biri də Avstraliyanın “Brisben Roar” klubunun hücumçusu Andriya Kaluderoviçdi. Qurban Qurbanov bunu təkzib etsə də, siyahılarının geniş olduğunu da vurğulayıb.
 
O, apasport.az saytına açıqlamasında Almaniyanın “Ayntraxt” (Braunşveyq) klubunda çıxış edən milli komandamızın üzvü Taşkın İltəri isə sınayacağını deyib: “Siyahımız genişdi. Amma indiyə qədər heç kimlə danışıq aparmamışıq. Ümumiyyətlə, transfer məsələləri barədə danışmaq istəmirəm. Qarşıda “İnter”lə çempionat oyununu və kubokun finalını düşünürük. Kim qalacaq, kim gedəcək, kim gələcək – bu barədə kubokun final matçına qədər açıqlama verməyəcəm. Yalnız Taşkın İltərlə bağlı onu deyə bilərəm ki, o, bu günlərdə düşərgəmizə qoşulacaq. Onu baxışdan keçirəcəyik. Mövsümün sonuna qədər sınayıb bir qərar verəcəyik”.


Xəbər xətti