AÇIQLAMA Həyat yoldaşından çox dostu ilə vaxt keçirən futbolçu kimdir?

01:07 20 May 2015

“Karlosla çox yaxın dostuq. Bunu hamı bilir ki, o mənim üçün tanıdığım ən dəyərli insanlardan biridi”.Bu sözləri Braziliya yığmasının sabiq futbolçusu Ronaldo deyib.
 
 
“Fenomen” ləqəbli əfsanəvi hücumçu açıqlamasında həmyerlisi Roberto Karlos haqda danışıb. Keçmiş müdafiəçi ilə arasındakı dostluqdan söhbət açan Ronaldo maraqlı fikir səsləndirib: “Karlosla həm Braziliya yığmasında, həm “Real”ın, həm də “Korintians”ın heyətində birgə çıxış etmişik. Həyat yoldaşlarımdan, bütün xanımlarımdan çox onunla vaxt keçirmişəm. Karlosla dostluğumuz möhkəmdi”.
 
Qeyd edək ki, karyerası ərzində Avropanın “PSV Eyndhoven”, “Barselona”, “İnter”, “Real” və “Milan” klublarının formasını geyinmiş Ronaldo karyerasını 2011-ci ildə başa vurub.


Digər xəbərlər

Xəbər xətti