VİDEO "TOP TOP" - Gəncəli azarkeş "Kəpəz" klubunun başbilənlərinə kəskin etirazını bildirdi

12:28 20 May 2015

Azərbaycan teleməkanının populyar futbol proqramlarından olan "TOP TOP"un növbəti buraxılışı efirə gedib.

 

SportArena.az xəbər verir ki, verilişin aparıcısı Elçin Cəfərovun bu dəfəki qonaqları "extratime.az" saytının baş redaktoru Rüstəm Piriyev, "Xəmsə" fan klubunun başçısı Adil Məmmədov və "Canbala" körpə futbol məktəbinin rəhbəri Faiq Şadlı olub. "TOP TOP"da Azərbaycan Premyer liqa oyunlarından və Ölkə futbolundakı problemlərdən danışılıb. Proqramda "Qarabağ" klubunun çempionluğundan söhbət açılıb, azarkeşlərin stadionlara cəlb olunması ilə bağlı ideyalar irəli sürülüb. Bir sözlə baxmağa dəyər. 

Qeyd edək ki, "TOP TOP" verilişi hər həftənin bazar ertəsi saat 20:00-da "CHATBOX" kanalında canlı yayımlanır. "CHATBOX" kanalını KATV kabel televiziyası şəbəkəsində və myvideo.az saytında izləmək olar. Proqramın mayın 18-də efirə gedən buraxılışının videoyazısını təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti