"AAAF Park"dan başsağlığı

12:31 20 May 2015

May ayının 19-da Bakı şəhəri Azadlıq prospektində 16 mərtəbəli yaşayış binasında dəhşətli yanğın hadisəsi baş verib. Aralarında azyaşlı uşaqlar da olan 15 nəfər həyatını itirib, 60-a yaxın insan xəsarət alıb.

AAAF Park kollektivi adından bu bədbəxt hadisə ilə bağlı üzüldüyümüzü bildirir, baş vermiş yanğın nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik. Zərərçəkmişlərin yaxınlarının dərdini anlayır, kədərinizi bölüşdüyümüzü bildiririk.


Xəbər xətti