"Xəzər Lənkəran" məşqində nə baş verdi?

12:36 20 May 2015

Azərbaycan Premyer Liqasının 35-ci turunda "Sumqayıt"ın qonağı olacaq “Xəzər Lənkəran” Lənkərandakı hazırlığını tamamlayıb.

 

SportArena.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün səhər məşqi saat 11:00-da başlayıb və komandanın üzvləri ilk olaraq  dünən Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğında həlak olmuş insanların ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
 
Hazılığa gəldikdə isə əsas meydançada baş tutan məşqdə zədəli futbolçular Ağabala Ramazanov, Sadio Tounkara və qapıçı Vyakeslav Tomiç də iştirak etməyib. AZAL ilə matçda hüşunu itirən Tural Cəlilov isə artıq komanda ilə birgə məşqlərdə fəal iştirak edir. Sabah Bakıya yola düşəcək Lənkəran klubu saat 18.00-da Sumqayıtda,oyunun keçiriləcəyi stadionda son məşqinə çıxıb oyun saatını gözləyəcək.

Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran" matçı mayın 22-i saat 18:00-da başlayacaq.


Xəbər xətti