"Xəzər Lənkəran"ın istədiyi futbolçu danışdı: "Orada bütün klub və məşqçi mənə güvənsin"

13:42 20 May 2015

Komandasından ayrılacağı gözlənilən "Simurq"un yarımmüdafiəçisi Rəşad Eyyubov "Xəzər Lənkəran" və "Qəbələ"nin diqqət mərkəzindədir.

 

SportArena.az olaraq, Rəşadla əlaqə saxlayıb, məsələ haqqında soruşduq:

 

"Mənim haqqımda mətbuat çox yazır. Amma istəyirəm ki, mənə ən çox güvənən komandaya keçim. Orada bütün klub və məşqçi mənə güvənsin. Necə ki, "Simurq"da bu belə idi və mən də oyunumu yaxşı keçirirdim bu səbəbdən".


Xəbər xətti