Alman mətbuatı: "Bavariya" Riberiyə əvəzləyici tapdı

15:07 20 May 2015

“Liverpul”un yarımmüdafiəçisi Rahim Sterlinq karyerasını Almaniyada davam etdirə bilər. SportArena.az xəbər verir ki, “Bavariya” gənc futbolçunun transferində maraqlıdı.


 
Münhen klubu son illər tez-tez zədələndiyi üçün komandasına istənilən qədər kömək edə bilməyən Frank Riberiyə artıq əvəzləyici axtarışına çıxıb. “Bavariya”nın baş məşqçisi Pep Qvardiola 20 yaşlı Sterlinqin fransalını layiqincə əvəzləyəcəyini düşünür. Onun menecerliyini edən qardaşı Per Qvardiola ulduz futbolçu ilə görüşmək üçün artıq İngiltərəyə yollanıb.
 
Sterlinq almanlardan ilinə 7,3 milyon avro maaş tələb edib. Bu isə “Bavariya” rəhbərliyinin ürəyincədi. Çünki zədə ucbatından bu mövsüm Bundesliqada 15 oyunu buraxan Riberinin illik məvacibi 10 milyon avrodu. Almanlar artıq “Liverpul”la da danışığa başlayıblar.
 
Sterlinqin keçidi baş tutacağı təqdirdə Riberinin “Bavariya”da qalıb-qalmayacağı maraq doğurur.


Digər xəbərlər

Xəbər xətti