FOTO "Neftçi" "İnter"i udub çempion oldu

16:49 20 May 2015

Bu gün AFFA-nın U-11 Liqasının 2014/15 mövsümünə yekun vurulub. SportArena.az xəbər verir ki, "Bayıl Arena"da keçirilmiş final oyununda “Neftçi” və “İnter” qarşılaşıb.

 

Mayın 19-da Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş yanğın hadisəsində dünyasını dəyişən şəxslərin və həmin gün vəfat etmiş əməkdar məşqçi Əhməd Ələsgərovun xatirəsini yad etmək məqsədilə oyundan əvvəl 1 dəqiqəlik sükut elan edilib.

 

Oyunun əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 3 dəfə fərqlənən “Neftçi” U-11 Liqasının 2014/2015-ci il mövsümünün qalibi adını qazanıb.

 

Qarşılaşmadan sonra müküfatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov, “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov təqdim ediblər.

 

Liqanın bombardiri 52 qolla “Gəncə”nin futbolçusu Sadiq Səfiyev olub. “Neftçi”nin oyunçusu Şəmsur Abbasov "Fair Play" mükafatına layiq görülüb. "İnter"dən Ayxan Süleymanov liqanın ən yaxşı futbolçusu seçilib.


Xəbər xətti