Sərt AÇIQLAMA: "Mən Qarabağda döyüşlərdə olanda Elnur Məmmədov kimilər harda idi?"

19:31 20 May 2015

"Neftçi"nin rəhbərliyində struktur dəyişikliyi baş verdikdən sonra xeyli sayda işçi klubdan qovulmuşdu. Əsasən mühafizə işçilərinin qovulması xəbərləri yayıldıqdan sonra klub rəhbərliyi heç kimin göndərilmədiyini açıqlamışdı.

 

SportArena.az xəbər verir ki, Komanda.az-a "Neftçi"də 10 ildi operator kimi çalışan Dadaş Zeynalovun klubdan göndərildiyi xəbəri gəlib.

 

Məsələni dəqiqləşdirmək üçün Dadaş bəylə əlaqə saxladıq. Zeynalov Komanda.az-a klubdan ayrılmasını bütün təfərrüatı ilə danışdı: 

 

"Bu gün Elnur Məmmədov məni yanına çağırdı. Mənimlə uzun söhbət etdi. Sonra isə mənim klubda çalışmağımın onlara sərf etmədiyini dedi. O, klubda operatorun olmasındansa, hər oyun üçün operator sifariş etmənin daha yararlı olduğunu dedi. Bu insan düz-əməlli azərbaycanca danışa da bilmir. Rusca düşünür, azərbaycanca danışır. Elnur Məmmədova nə cür işçilərin lazım olduğunu mən bilirəm. Bir neçə il əvvəl adını çəkmək istəmədiyim çalışanlardan biri Rövşən Bayramovla erməninin güləşində düşmən tərəfə azarkeşlik etdiyini söyləmişdi. Səbəb kimi isə onu göstərmişdi ki, o, milliyətcə azərbaycanlı yox, ləzgidi. Dəfələrlə "Sadval" terror təşkilatına tərəfkeşlik edib, lazım olsa, onlar tərəfdən döyüşə biləcəyini deyib. Elnur Məmmədov isə onun klubdakı vəzifəsini artırıb. Çünki ona belə işçilər lazımdı. Mənim kimi 5 il Qarabağda döyüşmüş müharibə veteranı yox.

 

Klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevə çox böyük hörmətim var. O, yaxşı yazıçı və savadlı insandı. Kluba gəldiyi ilk günlərdə də, verdiyi müsahibədə komandaya iki yeni sürücü gətirdiyini, onların da Qarabağ müharibəsi veteranı olduğunu demişdi. İndi mən Çingiz bəyə səslənirəm. Qoy görsün ki, onun işçisi Qarabağ veteranını heç bir səbəb göstərmədən işdən qovur.

 

Mən 10 ildi klubda çalışıram. Ramin Musayevlə, Tahir Süleymanovla, Sadıq Sadıqovla çalışmışam. İsəyirsiz, onlardan soruşun, görək mənim işimdə nə isə nöqsan olubmu. Bu insan məni nöqsanım olduğuna görə yox, sadəcə, burda istəmədiyinə görə qovur. Klubda sadəcə iki operator var idi. Mən əsas komandanın, digər operator isə əvəzedicilərin oyununu işıqlandırırdı. Mən ölkə prezidentinə, AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edirəm. Vətənin azadlığı uğrunda 5 il döyüşmüş birini işdən kənarlaşdırırlar. Ümumilli lider Heydər Əliyevin bir çağırışıyla müharibəyə yollanmışdım. Mən Qarabağ uğrunda döyüşlərdə iştirak edəndə Elnur Məmmədov kimilər harda idi?

 

Çox xahiş edirəm, Çingiz Abdullayev klub rəsmisinin etdiyi özbaşınalıq, onun qərarlarına etdiyi hörmətsizliyə fikir bildirsin".


Digər xəbərlər

Xəbər xətti