Yeni iddia: "Mançester Yunayted" 6 futbolçusu ilə yolları ayırır

22:11 20 May 2015

"Mançester Yunayted" bu mövsümün sonu bəzi futbolçuları ilə yolları ayırmağa hazırlaşır.

 

SportArena.az xəbər verir ki, bunlar Radamel Falkao, Robin van Persi, Anxel di Mariya, Rafael, Adnan Yanuzay, Conni Evansdır. Sözügedən oyunçuların yeni mövsümdən Mançester təmsilçisinin heyətindən yer almayacağı iddia edilib.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 69 xalla 4-cü pillədədir.


Xəbər xətti