Ermənistan Bakıya 5 güləşçi göndərir

10:24 21 May 2015

"Bakı 2015" I Avropa Oyunlarında Ermənistanı təmsil edəcək yunan-Roma güləşçiləri açıqlanıb.

 

SportArena.Az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu barədə "news.am"a yığmanın baş məşqçisi Levon Culfalakyan açıqlama verib.

O bildirib ki, Oyunlara 5 pəhləvan - Roman Amoyan (55 kq), Miqran Arutyunyan (66 kq), Karapet Çalyan (75 kq) və Maksim Manukyan (85 kq) qatılacaq. Baş məşqçi 75 kq çəki dərəcəsində yer alan oğlu, dünya və Avropa çempionu Arsen Culfalakyanın heyətdən kənarda qalma səbəbini açıqlamayıb. Əvəzində L.Culfalakyan məşqçilər heyətinin "Bakı 2015"ə idmançılarla birgə gələcəyini vurğulayıb. O, idmançıların döyüşkən əhval-ruhiyyədə kökləndiklərini əlavə edib.

Qeyd edək ki, hazırda Ermənistan, Belarus, Polşa, Yunanıstan və Macarıstan yığmaları Tsaxkadzorda təlim-məşq toplanışındadırlar. Miqran Arutyunyan Rusiyanın paytaxtı Moskvada, qalanları isə birgə toplanışdadırlar. Bir müddət öncə Levon Culfalakyan təhlükəsizlik tədbirlərini bəhanə göstərərək, Bakıya gəlmək istəmədiklərini bildirib.


Digər xəbərlər

Xəbər xətti