"Barselona"ya 200 milyon avroluq təklif- Ad dəyişdirilsin

11:31 21 May 2015

"Barselona" klubu ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionunun adının dəyişdirilməsi üçün təklif alıb.

 

SportArena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Josep Mariya Bartomeu məlumat verib. O bildirib ki, "Kamp Nou" stadionunun adının 15-20 il müddətinə dəyişdirilməsi üçün adını çəkmək istəmədiyi bir şirkətdən 200 milyon avroluq təklif alıblar:

"Ancaq klub üzvləri bu dəyişikliyin olmasını istəmədilər. "Kamp Nou" stadionun qarşısına həmin şirkətin adını yazmaq şərti ilə bu təklifi qəbul edə bilərik".

İspaniya mətbuatı adı açıqlanmayan şirkətin bu təklifi qəbul edəcəyini iddia edib.


Xəbər xətti