Azərbaycanı Çempionlar Liqasında iki klub təmsil edəcək

11:44 21 May 2015

Qadın və kişi voleybolçular arasında CEV və “Çelenc Cup” turnirlərinin püşkatmasının vaxtı dəqiqləşib.

 

SportArena.az xəbər verir ki, səviyyəsinə görə qitənin ikinci və üçüncü dərəcəli klub yarışlarının püşkü iyunun 5-də atılacaq.
 
Mərasim Lüksemburqda baş tutacaq. Bu yarışlarda Azərbaycan 1 və ya 2 komanda ilə təmsil oluna bilər. Əgər Avropa Voleybol Konfederasiyası Çempionlar Liqasında ölkəmizə “wild card” verməsə, “Azəryol”la “Azərreyl” CEV kubokuna qatılacaq.
 
Qeyd edək ki, klublarımızdan “Rabitə” və “Lokomotiv” Çempionlar Liqasında oynayacaq.


Xəbər xətti