Şahin Diniyev "Kəpəz"da: "İlkin razılıq verdim"

14:32 21 May 2015

Premyer Liqaya hazırlaşan "Kəpəz"də yeni baş məşqçi çalışacaq.

 

SportArena.az xəbər verir ki, Gəncə təmsilçisini bundan sonra Şahin Diniyev çalışdıracaq. Bu barədə Diniyev özü saytımıza məlumat verib:

 

"Bu gün Mehman müəllimlə danışdıq və ilkin razılaşma oldu. Hələlik planlar barədə danışa bilmərəm. Qarşıdakı günlərdə daha geniş müzakirələr aparıb, sizə açıqlayacağam".

Cavid ƏHMƏDOĞLU


Xəbər xətti