Maldini klub yaratdı: "Qürur hissi keçirirəm"

17:34 21 May 2015

Əfsanəvi İtaliya futbolçusu Paolo Maldini klub yaradıb.

 

SportArena.az xəbər verir ki, o, MP&Silva şirkətinin sahiblərindən olan Rikkardo Silva ilə birgə ABŞ-da "Mayami" klubunu təsis edib. Sözügedən klub yeni mövsümdən Amerikanın ikinci liqasında yarışacaq.

Maldini ABŞ-da futbolun inkişaf edəcəyinə inandığını deyib: "Bu klubun sahiblərindən biri olduğum üçün qürur hissi keçirirəm".

Qeyd edək ki,  Maldini 25 illik futbolçu karyerası şərəfini qoruduğu "Milan"la 5 dəfə Çempionlar Liqasını, 7 dəfə isə İtaliya A Seriyasının kubokunu qazanıb.


Xəbər xətti