"Simurq"un çalışdırıcı oyuna müdaxilə etdi və qırmızı vərəqə aldı

10:23 22 May 2015

Bu  gün əvəzedici komandaların çempionatının XXXV turu çərçivəsində keçirilən AZAL- "Simurq” oyunu qalmaqalla başa çatıb.
 
 
Qalmaqalların təfərrüatlarını təqdim edirik. Belə ki, hesab 1-1 olarkən,  AZAL-ın hücumu zamanı, "Simurq”un baş məşqçisi Rövşən Babayev meydançaya daxil olaraq "təyyarəçilər”in hücumunun qarşısını alıb. Bu hərəkət Babayevə qırmızı vərəqə alaraq texniki zonadan tribunaya göndərilməsi bahasına başa gəlib. Bundan əlavə oyun başa çatdıqdan sonra al itkisi ilə barışmayan "Simurq” futbolçuları dava salıb. Polisin müdaxiləsindən sonra ara sakitləşib.
Qeyd edək ki, AZAL – "Simurq” matçı 1-1 hesablı bərabərliklə bərabərliklə başa çatıb. Bu barəbərlikdən sonra "Simurq” liderliyi "İnter”ə təhvil verib.futbol11.az


Digər xəbərlər

Xəbər xətti