Diniyevi istefaya səsləyən fan-klub rəhbəri: "Həm "Kəpəz"ə, həm də Şahin Diniyevə dəstək olacağıq"

12:14 22 May 2015

Son günlər "Kəpəz"də görülən işlər gəncəli azarkeşləri də həvəslədirib. Belə ki, Gəncə stadionun bərpa olunması, Şahin Diniyevin komandaya gətirilməsi azarkeşləri yenidən futbola qayıtmasına səbəb olub.

 

SportArena.az olaraq, "Kəpəz" fanklubunun rəbəri Elmar Əliyevlə əlaqə saxlayıb, onun fikirini öyrəndik. Səbəb isə odur ki, Şahin Diniyevi son dəfə "Kəpəz"dən istefaya səsləndirən də məs Elmar bəyin fan klubu olmuşdur:

 

"Biz həmişə Gəncədə güclü komanda görmüşük. Çemionatın hər bir komandası bizim stadionda oyun keirəndə həyəcan içind olurdular. Çünki, bizim komanda və azarkeşlər hər mənada fərqlənirdi. Son zamanlar Birinci Divizionda oynamağımız şəhərin azarkeşlərini biraz həvəsdən saldı, amma yenə də həmin günlərin geri qayıdacağına inanırıq. Artıq işlərə başlanılıb, bildiyiniz kimi Şahin Diniyev "Kəpəz"də baş məşqçi olacaq. İnanırıq ki, onunla yeni uğurlara imza atacağıq. Biz azarkeş klubu olaraq həm "Kəpəz"ə, həm də Şahin Diniyevə dəstək olacağıq".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti