Təqdirəlayiq addım: "Şahdağ"ın yubiley tədbiri ləğv olundu!

12:41 22 May 2015

"Şahdağ" bəyanatla çıxış edib. Qusar təmsilçisi bir neçə gün öncə Bakının Binəqədi rayonundakı binalardan birində baş vermiş dəhşətli yanğına görə mayın 23-ə planlaşdırılan yubiley tədbirlərini keçirməyəcəyini açıqlayıb.

 

SportArena.az "Şahdağ"ın bəyanatını olduğu kimi təqdim edir: "Bildiyiniz kimi, may ayının 23-ü "Şahdağ" - "Şəmkir" oyununda klubumuz 65 illiyini qeyd etməliydi. Bu bayram tədbirində musiqiylə yanaşı, yerli veteran futbolçuların və rayonun rəsmi şəxslərinin çıxışı gözlənilirdi. Amma Bakıda baş vermiş dəhşətli hadisəyə görə prezidentimiz Ərəstun Niftiyevin tapşırığıyla yubiley tədbiri keçirilməyəcək. Bununla yanaşı may ayının 23-ü komandamız yaşıl meydançaya qara sarğıyla çıxacaq və oyundan qabaq bir dəqiqə sükütla bu faciənin qurbanlarının xatirəsi yad olunacaq.
 
Bakı şəhəri Binəqədi rayonundakı yaşayış binasında baş vermiş və bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı öz dərin kədərimizi bildiririk. "Şahdağ" bu dəhşətli olayda dünyasını dəyişən vətəndaşların yaxınlarına baş sağlığı verir. Allah rəhmət eləsin!".


Digər xəbərlər

Xəbər xətti