“Qarabağ”dan iki rəsmi transfer- Coşqun Diniyev və Elvin Məmmədov

13:24 22 May 2015

“Qarabağ” klubu bu gün iki futbolçunun transferini rəsmiləşdirib.

 

SportArena.az xəbər verir ki, Ağdam təmsilçisi Bakı “İnter”indən milli komandamızın üzvləri Coşqun Diniyev və Elvin Məmmədovla müqavilə imzalayıb.

C.Diniyev iki illik sözləşməyə qol çəkib.

E.Məmmədovun müqavilə müddəti isə hələlik açıqlanmayb.

Qol.Az saytının müxbiri ilə söhbətində C.Diniyevin atası Şahin Diniyevin oğlunun “Qarabağ”a keçməsi xəbərini təsdiqləyib.

Qeyd edək ki, 27 yaşlı E.Məmmədov 2009/2011-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti