"Barsa" hərəkətə keçdi: Poqbadan sonra İlkay Gündoğan

13:55 22 May 2015

“Barselona” rəhbərliyi “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbadan sonra daha bir orta sahə oyunçusunun razılığını alıb.

 

SortArena.az xəbər verir ki, Dortmund “Borussiya”sının oyunçusu İlkay Gündoğan karyerasını Kataloniya klubunda davam etdirməyə çox yaxındı.
 
“Borussiya” ilə 2016-cı ilin yayına qədər olan müqaviləsini uzatmaqdan imtina edən 24 yaşlı futbolçu yaxın günlərdə Münhenə yollanacaq. O, məhz orda “Barselona” həkimləri tərəfindən tibbi müayinədən keçiriləcək. Bundan sonra danışıq müsbət nəticələnərsə, Türkiyə əsilli oyunçu gələn ilin yanvarında “Barselona”ya keçəcək.
 
Qeyd edək ki, La Liqanın çempionu transfer qadağasına görə, bu yay heç bir oyunçunu heyətinə qata bilməyəcək. İlkay Gündoğan kimi, Poqbanın da məhz 2016-cı ilin əvvəlində “Barselona” formasını geyinməsi gözlənilir.


Xəbər xətti