RƏSMİ Portuqaliya millisi "Dalğa Arena"da hazırlaşacaq

15:21 22 May 2015

Çimərlik futbolu üzrə Portuqaliya milli komandası "Bakı-2015" Birinci Avropa Oyunlarında keçirəcəyi qarşılaşmalara hazırlıq məqsədilə iyunun 16-dan etibarən Bakıda təlim-məşq toplanışında olacaq. 
 


SportArena.Az-ın məlumatına görə, Portuqaliya Futbol Federasiyasının müraciətinə əsasən, AFFA bu ölkənin milli komandasına məşqlərin keçirilməsi üçün Mərdəkan qəsəbəsində yerləşən Futbol Mərkəzindəki "Dalğa Arena"nın çimərlik futbolu meydançasını ayırıb. 

Portuqaliya millisi iyunun 21-dək həmin meydançada hazırlıq keçəcək. 


Digər xəbərlər

Xəbər xətti