Tərlan Əhmədov: "Fasilə zamanı komandanı komplektləşdirməliyik"

21:26 22 May 2015

Topaz Premyer Liqasının XXXV turunda “Simurq”u qəbul edən AZAL 5-0 hesablı qələbə qazandı.

 

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Cari çempionatdakı son ev oyununda qələbə qazandıq. Artıq mövsüm başa çatmaq üzrədir. Fasilə zamanı komandanı komplektləşdirməliyik. Son vaxtlar belə fikir yaranıb ki, AZAL Avropa Liqasına gedə bilər. Əgər belə bir iş bizə həvalə olunsa, o zaman planlarımızda və transfer çalışmalarımızda dəyişiklik ediləcək. Düşünürəm ki, komandanı mövsüm başa çatdıqdan sonra maksimum 7 oyunçu tərk edəcək".


Digər xəbərlər

Xəbər xətti