Tahir Gözəl: "Biz də uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik"

00:01 23 May 2015

Xəbər verdiyimiz kimi "Qarabağ" səfərdə "İnter"ə məğlub olub. Oyundan sonra "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərə açıqlama verib.

 

SportArena.az xəbər verir ki, "Qarabağ" rəsmisi bunları deyib:

 

"Avrokuboklarda yendən yaxşı nəticələr qazanmaq istəyirik. Buna görə də addımlar atırıq ki, növbəti mövsümdə də iddialı olaq. Bizimlə eyni qrupda mübarizə aparan "Dnepr" Avropa Liqasında finala yüksəldi. Biz də uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu mövsümlə müqayisədə indi daha təcrübəliyik. Yerli oyunçuları transfer etməyimiz məni çox sevindirir. Elvin hücumda da komandaya kömək edəcək.  Onun bu gün "İnter"in ikinci qolunda böyük rolu oldu. Ümid edirəm ki, "Qarabağ"da da gözəl oyun nümayiş etdirəcək. Hər iki futbolçu ilə güclənəcəyik. "Qarabağ"ın ehtiyat qüvvəyə ehtiyacı var".


Digər xəbərlər

Xəbər xətti