Qurban Qurbanov: "Ölkə kubokunu da başımız üzərinə qaldırmağı düşünürük"

02:36 23 May 2015

"İnter"ə məğlub olduqları matçdan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərin bildirib:

 

"Çox ağır bir mövsümün sonuna çatdıq. Şadam ki, bu rəhbərlik, futbolçular və azarkeşlərlə 2 il ardıcıl çempionluğu yaşadıq. Ölkə kubokunu da başımız üzərinə qaldırmağı düşünürük. Bundan sonra bir neçə gün istirahət edəcəyik. Ondan sonra "Neftçi" ilə keçiriləcək həlledici oyunu fikirləşəcəyik. Düzdü, əsas heyət üzvlərinə istirahət versək də, az forma şansı qazanan futbolçular üçün yoxlama görüşünün təşkilini planlaşdırmışıq".

 


Xəbər xətti