"Qarabağ"ın baş məşqçisi : "Fikrimcə, onlar bizə faydalı olacaqlar"

09:41 23 May 2015

 "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov "İnter"lə matçdan sonra yeni transferləri haqqında təəssüratlarını jurnalistlərlə bölüşüb:

 

"Yeni transfer etdiyimiz iki futbolçunu diqqətlə izləyirdik. Mövsümün gedişində heyətlə bağlı problemlərimiz oldu. Keyfiyyətli oyunçu tapmaq baxımından çətinliklə üzləşdiyimiz görüşlər az olmadı. Ona görə də mövsümün sonunu gözləmədən yaxşı oyunçularla güclənməyə qərar verdik. Fikrimcə, onlar bizə faydalı olacaqlar".

Qeyd edək ki, "Qarabağ" dünən Coşqun Diniyevlə Elvin Məmmədovu sıralarına qatıb.


Xəbər xətti