Baş katib açıqladı: ​Futbolun inkişafı üçün yeni dövlət proqramı hazırlanır

10:33 23 May 2015

Yeni dövlət proqramı layihəsini hazırlamağa başladıq. Dövlət strukturları ilə mütəmadi əlaqə saxlayırıq və məsləhətləşirik. İstərdik ki, yeni dövlət proqramı mövcud olsun. Biz federasiya olaraq dövlət proqramına heç bir rəqəm yaza bilmərik".



SportArena.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının yekunlaşdığını qeyd edən E.Məmmədov bununla bağlı hesabatın təqdim edildiyini bildirib:

"Bu barədə AFFA prezidenti Rövnəq Abdullayev son konfransda da bildirib. Hesabat FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platiniyə təqdim edilib".

"Qarabağ"ın çempionluğunu şərh edən baş katib ağdamlıların cari mövsümdə Avropa Liqasının qrup mərhələsindəki çıxışından danışıb. İtaliya "İnter"i ilə Bakıda keçirilmiş oyunda "Qarabağ"ın təmiz qolunun qeydə alınmadığını vurğulayan federasiya rəsmisi Ukrayna "Dnepr"inə baxanda Ağdam klubunu finalda gördüyünü söyləyib.

E.Məmmədov son müddət maliyyə baxımdan problemlərlə üzləşən "Simurq" və "İnter"dən də söz açıb:

"Peşəkar Futbol Liqası və AFFA rəhbərliyi tərəfindən danışıqlar gedir. "Simurq" və "İnter" klubunun rəhbəliyi ilə söhbətimiz olub. "İnter" artıq Avroliqa oyunlarına hazırlıq işləri görməlidir. Ümid var ki, hər şey həll olunacaq. Çempionatda daha çox komandanın olması, bizim arzumuzdur. İstərdik ki, 12 komanda olsun. Lakin artıq Premyer Liqaya lisenziyalar verilib və 10 komanda bunu əldə edib".
O, AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin Gəncənin "Kəpəz" klubu ilə baş məşqçilik üçün anlaşmasına da toxunub. E.Məmmədov bildirib ki, mütəxəssislə hələ müqavilə imzalanmayıb:
"Sadəcə komanda Şahin müəllimə həvalə olunub. İndi onun yerinə adam axtarmaq etik cəhətdən düzgün olmaz. Hələ qarşıda yay fasiləsi var. Bunu komitə sədri Vaqif Sadıqovla da müzakirə etdim. Növbəti mövsümün əvvəlində bir qərar qəbul edərik. Gəlin tələsməyək, gözləyək və sonra komitə üzvləri ilə danışıb İcraiyyə Komitəsinə məruzə edərik".


Digər xəbərlər

Xəbər xətti