"Xəzər Lənkəran"ın iki sabiq futbolçusu Türkiyə yolunda- Onları bəyəniblər

12:45 23 May 2015

Növbəti mövsümdən Türkiyə birinci liqasında çıxış edəcək "Göztəpə" azərbaycanlı futbolçularla da maraqlanır.

 

SportArena.az xəbər verir ki, Türkiyə mətbuatında yazılanlara görə, gələn mövsümdən birinci liqada iddialılardan olmağı qarşısına məqsəd qoyan klub Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya və Özbəkistanın futbolçu bazarlarına da müraciət edəcək.

Maraqlıdı ki, "Göztəpə" bir neçə il əvvəl də azərbaycanlı futbolçularla maraqlanmışdı. 2011-ci ildə klubun futbol direktoru Əli Gültiken ölkəmizə gələrək "Qarabağ" - "Neftçi" matçını izləmiş və ağdamlıların üzvlərindən Əfran İsmayılov, Maksim Medvedev və Rauf Əliyevin oyununu bəyənmişdi. O vaxt izmirlilərin azərbaycanlı futbolçuları transfer etməsi baş tutmamışdı.

Hazırda "Qarabağ"ın əsas heyət üzvlərindən olan Maksimin klubundan ayrılacağı inandırıcı görünmür. Ancaq Əfranın formasını geyindiyi "İnter"in maliyyə sıxıntısı keçirdiyini, Raufun isə hazırda azad agent olduğunu nəzərə alsaq, Türkiyə təmsilçisi yenidən adıçəkilən futbolçuları heyətinə qatmağa cəhd göstərə bilər.komanda.az


Xəbər xətti