Polşa "Bakı-2015"də 214 idmançı ilə təmsil olunacaq

22:58 23 May 2015

Polşa Olimpiya Komitəsi iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək Polşa yığmasının heyətini təsdiqləyib.

 

SportArena.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, bu barədə məlumat Polşa Olimpiya Komitəsinin idarə heyətinin bəyanatında yer alıb.

 

Polşalı idmançılar idmanın badminton, boks, gimnastika, akrobatika, cüdo, kanoedə avarçəkmə, karate, velosiped idmanı, kamandan oxatma, voleybol (zalda və çimərlikdə), üzgüçülük, sinxron üzgüçülük, suya tullanma, sambo, atıcılıq, qılıncoynatma, taekvondo, stolüstü tennis, triatlon və güləş kimi növlərində yarışacaqlar.

Polşa nümayəndə heyəti 334 nəfərdən ibarət olacaq. Onların 214-ü idmançıdır. Polşalı idmançıların ilk qrupu Bakıya iyunun 8-də yola düşəcək. Polşa Olimpiya Komitəsi baydarkda avarçəkmə, voleybol, velosiped idmanı, kamandan oxatma, stolüstü tennis, qılıncoynatma və güləş kimi idman növlərində medallara ümid bəsləyir.


Xəbər xətti