U-19 Liqası: "Qəbələ" üçüncü oldu

11:46 24 May 2015

“Qəbələ” Futbol Akademiyasının daha iki komandası mövsümü başa vurub.



SportArena.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 19 yaşadək futbolçulardan ibarət komanda U-19 Liqasının son turunda “Əlincə” ilə qarşılaşıb. 

Məhsuldar keçən görüşdə “qırmızı-qaralar” böyükhesablı qələbə qazanıb – 6:3. Bu da komandanın mövsümdə 20-ci qələbəsi olub. U-19 Liqasında daha 2 oyunda 1 xal qazanıb, 8 dəfə məğlub olan “Qəbələ” 73 qol vurub, 37-ni buraxıb. Yarışı 62 xalla tamamlayan U-19 mövsümü 3-cü pillədə, bürünc medallarla başa vurub.

Bu mükafat akademiyanın yetirmələrinin cari mövsüm kubok yarışlarını nəzərə almasaq, liqalarda qazandığı 6-cı medaldır. U-17 və U-10-nun çempion olduğu mövsümdə U-12, U-15 və U-16 ikinci yeri tutub.
Bu həftə U-11 də mövsümə yekun vurub. 3-cü yer uğrunda qarşılaşmada “Xəzər Lənkəran”a uduzan “qırmızı-qaralar” yarışı 4-cü pillədə başa vurub. Yarışda ümumilikdə 15 matç keçirən komanda 11 qələbə qazanıb, 1 heç-heçə edib və 3 məğlubiyyət alıb. 91 qol vuran U-11 bu qarşılaşmalarda 20 top buraxıb.


Digər xəbərlər

Xəbər xətti