Leroy Corc Superliqaya keçir? "Qarabağ"dan açıqlama

12:10 25 May 2015

Xəbər verdiyimiz kimi "Qarabağ"ın futbolçusu Leroy Corc Türkiyənin "Göztəpə" klubunun diqqət mərkəzinə düşüb.

 

SportArena.az olaraq, bu məsələyə münasibət öyrənmək üçün, "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıq:

 

"Biz də bu xəbəri mətbuadan oxmuşuq. Başqa heç bir məlumatımız yoxdur. İndi kubok matçı haqqında düşünürük. Yalnız final matından sonra kimin gedib, kimin qalacağı ilə bağlı məsələlərə aydınlıq gələcək".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti