Qəbələdə pulsuz final- "Qarabağ" bilet paylayacağını rəsmən açıqladı

12:29 25 May 2015

Qəbələdə "Qarabağ" və "Neftçi" arasında baş tutacaq finalda azarkeşlər öz sevimli komandasını pulsuz bilet almaqla dəstəkləyə bilərlər.

 

SportArena.az-a açıqlama verən "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov bu barədə danışıb:

 

"Hər klub üçün 1500 bilet ayrılıb. "Qarabağ" olaraq, biletləri öz azarkeşlərimizə pulsuz paylayacağıq. Oyuna az müddət qalmış, biletləri azarkeşlərimizə təqdim etməyi düşünürük".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti