AZAL-dan növbəti ayrılıq- Bu dəfə Məmmədov gedir!

12:40 25 May 2015

Xəbər verdiyimiz kimi AZAL-ın futbolçusu Azər Məmmədov komandasından ayrılır. Futbolçunun hansı kluba keçə biləcəyi haqqında məlumat ala bilməsək də, əldə etdiyimiz xəbərə görə, Məmmədov Premyer Liqa klubuna keçir.

 

Belə ki, AZAL-da bir müddət öncə zədələnərək, meydanda az görünən Məmmədov yeni komandaya qoşulmağa çox yaxındır.

 

Artıq AZAL rəhbərliyi də, futbolçunun getməsinə heç bir probem yaratmayacağına söz verib.

Qeyd edək ki, Azər Məmmədovla AZAL arasında hələ 1 illik müqavilə qüvvədədir.

Cavid ƏHMƏDOĞLU

 


Xəbər xətti