FOTO Toplanışda iki qapıçı da iştirak edəcək

18:08 25 May 2015

Xəbər verdiyimiz kimi, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlər keçirilib.

 

Sportarena.az xəbər verir ki, Bakıda və Azərbaycanın bir sıra regionlarında aparılan seçim turlarında 965 nəfər  8-12 yaş arası uşaqlar iştirak edib (bu rəqəm 2013-cü ildə 677 nəfər, 2014-ci ildə isə 724 nəfər təşkil edib). Seçimləri müvəffəqiyyətlə keçən 32 uşaq iyunun 1-dən 6-dək Bakıdakı Bayıl stadionunda təşkil olunacaq təlim-məşq toplanışlarında iştirak edəcək. 32 meydan oyunçusu ilə yanaşı, seçimlərdə iki qapıçının toplanışa dəvət olunması qərara alınıb. Xaçmaz rayonundakı seçimlərdə 06.01.2003-cü il təvəllüdlü Әzizov Elmar Vüqar oğlu, Sumqayıt şəhərində keçirilmiş seleksiya prosesində isə 01.02.2005-ci il təvəllüdlü Fәrzәliyev Cavid Mübariz oğlu seçilərək təlim-məşq toplanışına cəlb olunub


Digər xəbərlər

Xəbər xətti