AZAL-ın vitse-prezidenti: "İnter”in əvəzinə qitə miqyaslı turnirə qatılacağıq"

19:14 25 May 2015

“İnter“ klubunun fəaliyyətini dayandırmaq və avrokuboklara qatılmamaq ehtimalı artıb. “Bankirlər”in sıradan çıxması mövsümü 5-ci yerdə başa vuracaq AZAL-ın ölkəmizi qitə yarışında təmsil edəcəyi şansını artırır.

 

SportArene.az xəbər verir ki, sportal.az-a açıqlamasında klubun vitse-prezidenti Fikrət Hüsynov avrokuboklara qatılmaq məsələsinə belə münasibət bildirib:    

 

“Avrokuboklara qatılmaqla bağlı bizə heç nə deməyiblər. “İnter”in pis vəziyyətdə olmasına sevinmirik. Əgər bu komanda avrokuboklara qatılmasa,  onda AZAL ölkəmizi turnirdə təmsil edə bilər. AFFA kluba  belə bir müraciət etsə, “İnter”in əvəzinə qitə miqyaslı turnirə qatılacağıq”.

 

AZAL rəhbərliyi Premyer Liqada çıxış edən komandaların maliyyə sıxıntısı üzündən dağılmasından və bu təhlükənin  “təyyarəçilər”ə təsir etmək ehtimalının ola bilməsindən söz açdı:

Ola bilsin ki, hardasa sıxıntı var, ancaq futbolçular maaşlarını alırlar. AZAL-ı dağılmaq təhlükəsi gözləmir. Bizim komanda yaşayır və bundan sonra da yaşayacaq. Klub rəhbəri ölkədən kənarda olduğu üçün hələ növbəti mövsümün büdcəsini təsdiq etməmişik. Rəhbərliklə görüşəndən sonra bütün məslələrə aydınlıq gələcək. Ondan sonra komandada kimlərin qalıb-qalmayacağına qərar veriləcək.  Həmişə olduğu kimi AZAL növbəti mövsümdə də mübarizliyi və əzmkarlığı ilə çempionata əlavə rəng qatacaq”.


Digər xəbərlər

Xəbər xətti