"Qarabağ”ın futbolçusu: "Qəbələyə ancaq kubok üçün yollanacağıq"

10:13 26 May 2015

“Qarabağ”ın futbolçusu Maksim Medvedev SportArena.az-a danışıb. Təcrübəli futbolçu qarşıdakıda güblərdə baş tutacaq kubokun finalı haqqında bunları dedi:

 

“Çox az zaman dincəldikdən sonra kubokun finalına hazırlıqlara başlayacağıq. Rəqib komanda çox təcrübəli vü güclü futbolçulardan təşkil edilib. Onlarda əllərindən gələni etməyə çalışacaqlar ki, mövsümüm titulla başa vursunlar. Lakin biz də Qəbələyə ancaq kubok üçün yollanacağıq. Əlimizdən gələni edəcəyik ki, mövsümüm qızıl dublla başa vuraq. Bu amil bizə Çempionlar Liqası üçün əlavə motivatsiya və üstünlük verəcək".


Xəbər xətti