PSJ "Barsa"nın futbolçusuna elçi düşüb

00:08 27 May 2015

"Barselona"dan ayrılan Xavi Hernandez növbəti mövsüm yenidən Avropada oynaya bilər.



SportArena.Az-ın "Le Parisien"ə istinadən verdiyi məlumata görə, Qətərin "Əl Sədd" klubu ilə anlaşan ispaniyalı futbolçunun PSJ-də icarə əsasında oynamaq şansı yaranıb.

Paris təmsilçisi Xavini bir mövsümlüyünə icarəyə götürmək niyyətindədir. PSJ bu transfer üçün qarşı tərəfə heç bir məbləğ ödəməyəcək. "Əl Sədd" klubunun prezidenti Qətər əmiri Tamim bin Hamad Əl Taninin doğma qardaşıdır. Hamad Əl Tani PSJ-nin sahibi olduğu üçün 35 yaşlı futbolçunun Fransa klubuna keçidində hər hansı problem yaşanmayacaq.


Digər xəbərlər

Xəbər xətti