"Qarabağ"ın yeni transferi: "İndi məni daha gərgin rəqabət gözləyir"

11:05 27 May 2015

Xəbər verdiyimiz kimi "Qarabağ" heyətinə daha bir futbolçu cəlb etdi. Ağdam klubu "Simurq"da çıxış edən 21 yaşlı yarımmüdafiəçi Vüqar Mustafayevlə 3 illik anlaşıb.

 

SportArena.az olaraq, Vüqarla əlaqə saxlayıb, keçid haqqında fikirlərini soruşduq:

 

"İndi məni daha gərgin rəqabət gözləyir. Heyətdə yer almaq üçün ikiqat çox çalışmalıyam. Bu da mənim inkişafım üçün ən yaxşı variantdır. "Qarabağ"ın necə komanda olması hər kəsə məlumdu. Məncə, hər bir futbolçunun arzusudur ki, Ağdam klubunda oynasın. Başqa klublar da təklif yolladı, amma mən "Qarabağ"a üstünlük verdim".

 


Digər xəbərlər

Xəbər xətti