VİDEO "TOP TOP" verilişində kimlər sərt şəkildə tənqid olundu?

14:22 27 May 2015

Azərbaycan teleməkanının populyar futbol proqramlarından olan "TOP TOP"un növbəti buraxılışı efirə gedib.

 

SportArena.az xəbər verir ki, verilişin aparıcısı Elçin Cəfərovun bu dəfəki qonaqları "qafqazinfo.az" saytının idman yazarı Elsevər Məmmədov, beynəlxalq dərəcəli hakim İmanxan Sultani olub. "TOP TOP"da Azərbaycan Premyer liqa oyunlarından və ölkə futbolundakı problemlərdən danışılıb. Proqramda "Qarabağ" klubunun çempionluğundan, "Neftçi", "İnter", "Qəbələ", "Xəzər Lənkəran" komandalarının hazırki durumundan söhbət açılıb, azarkeşlərin stadionlara cəlb olunması ilə bağlı ideyalar irəli sürülüb. Bir sözlə baxmağa dəyər. 
Qeyd edək ki, "TOP TOP" verilişi hər həftənin bazar ertəsi saat 20:00-da "CHATBOX" kanalında canlı yayımlanır. "CHATBOX" kanalını KATV kabel televiziyası şəbəkəsində və myvideo.az saytında izləmək olar. Proqramın mayın 25-də efirə gedən buraxılışının videoyazısını təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti