"Simurq"un əvəzedici komandası Lənkərana getmədi- AÇIQLAMA

14:46 27 May 2015

Zaqatalanın "Simurq" futbol klubunun əvəzedicilərdən ibarət komandası "Xəzər Lənkəran"la səfər matçına yollanmayıb. Bu barədə "Report"a "Simurq"un baş meneceri Kamran İsmayılov məlumat verib.

 

Onun sözlərinə görə, bu gün keçirilməli olan XXXVI turun oyunu baş tutmayacaq. K.İsmayılov maddi problemlərin hələ də həllini tapmamasını səbəb göstərib. Klub rəsmisi əsas komandanın da mayın 28-də keçirilməli olan oyun üçün Lənkərana yollanmasının sual altında olduğunu vurğulayıb:

"Sabahkı oyun saat 21:00-da başlanacaq. Ona görə də oyun günü yola çıxsaq, matça yetişə bilərik. Amma hələ problemimiz həll olunmayıb".

Qeyd edək ki, maliyyə problemləri üzündən "Simurq"u bütün əcnəbi futbolçuları və hətta baş məşqçi Georgi Çixradze də tərk edib.


Digər xəbərlər

Xəbər xətti