Amit Quluzadə hər şeyi danışdı: "Klub prezidenti məndən pul tələb etdi"

16:14 27 May 2015

Portuqaliya Sequndasında mübarizə aparan "Atletiko"nun futbolçusu Amit Quluzadə vətənə dönüb. Çoxdandır legioner həyatı yaşayan futbolçumuz "Atletiko"dan birdəfəlik ayrılıb.

 

SportArena.az-a danışan Quluzadə fikirlərini belə izah edib:

 

"Mən orda var gücümlə məşq edib, oyunlara hazırlaşırdım. Bir il ərzində cəmi 11 oyuna çıxdım, amma hər bir oyunda tam olaraq mübarizəyə hazır idi. Bilmirəm səbəb nə oldu ki, məni meydana buraxmırdılar. Oyuna çıxan vaxtda da, prezident və baş məşqçi mənə deyirdi ki, oyunundan razı qaldıq və mənə söz verirdilər ki, hər zaman start heyətdə yer alacağam. Amma gələn tur yenə məni siyahıya salmırdılar. Bəlkə də azərbaycanlı futbolçu olduğuma görə mənə qarşı belə qərəzli idilər, amma yenə də tam olaraq səbəbin bilmədim. 3-4 məşqçi dəyişildi komandada, amma hər biri mənə qarşı bu cür oldu. Bir dəfə Anqoladan baş məşqi təyin edildi, o mənə bildirdi ki, mən zəif futbolçuyam. Lakin mən öz oyunumla ona sübut etdim ki, komanda yoldaşlarımdan heç də zəif deyiləm və sonra çalışdırıcı məndəz üzr istədi və növbəti oyunlara buraxacağını söz verdi. Amma o da başqa məşqçilər kimi, məni meydana buraxmadı. Mən qış transfer dönəmində komandadan ayrılmaq istəsəm də, klub prezidenti məndən pul istədi. Bir sözlə, orada elə də yaxşı günlər yaşamadım".

Qeyd edək ki, Amit Quluzadə İnterAz telekanalında yayımlanan "Arena" verilişinin növbəti buraxılışda qonaq olacaq.

Cavid ƏHMƏDOĞLU

 


Xəbər xətti