SİYAHI "Qəbələ" üçün 35 potensial rəqib

17:55 27 May 2015

“Qəbələ”nin ardıcıl 2-ci mövsüm çıxış edəcəyi Avropa Liqasının ilk təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşir.

 

SportArena.az xəbər verir ki, Azərbaycanın turnirdə digər təmsilçiləri “İnter” və “Neftçi”ylə müqayisədə komandanın avrokuboklarda reytinqi aşağı olduğundan səpələnməmişlər arasında yer alacaq. Bu isə o deməkdir ki, digər klublarımızla müqayisədə “qırmızı- qaralar”ı nisbətən çətin rəqiblərlə sınaq gözləyir. “Qəbələ”nin və avrokuboklarda digər təmsilçilərimizin rəqibləri iyunun 22-də UEFA-nın püşkatmasında müəyyənləşəcək.

 

Səpələnmişlər səbətində isə artıq 37 komanda bəllidir ki, onların da 35-i “Qəbələ”yə potensial rəqibdir. Qalan ikisi Azərbaycan təmsilçiləri olduğundan, komanda püşkatmada onlarla düşə bilməz. “Qırmızı-qaralar” mübarizəyə postsovet məkanından “Torpedo”, “Şaxtyor” (hər ikisi Belarus), “Aktobe” (Qazaxıstan), “Şerif”, “Daçiya” (hər ikisi Moldova), “Dinamo” (Tiflis, Gürcüstan), Avropadan “Slovan”, “Jilina”, “Spartak” (hamısı Slovakiya), “Elfsborq”, AİK, “Höteborq” (hamısı İsveç), “Rusenborq”, “Stromsqodset” (hər ikisi Norveç), “Reykyavik”, “Hafnarfyordur” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Düdelanj”, “Diffeerdanj” (hər ikisi Lüksemburq), “Srvena Zvezda”, “Voyvodina” (hər ikisi Serbiya), “Buduçnost” (Monteneqro), “Hayduk” (Xorvatiya), “Apollon”, “Omoniya” (hər ikisi Kipr), “Botosani” (Rumıniya), “Koper” (Sloveniya), “Qo Ehed İqls” (Hollandiya), “Linfild” (Şimali İrlandiya), “Valletta”, “Birkirkara” (hər ikisi Malta), “Rabotniçki” (Makedoniya), “Aberdin” (Şotlandiya) və “HB Torshavn” (Farer adaları) klublarından biri ilə görüşlə başlaya bilər. 

"Qəbələ" İK qəzeti


Digər xəbərlər

Xəbər xətti