Əvəzedicilərin çempionatında mövsüm başa çatdı

21:06 27 May 2015

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında sonuncu-36-cı tura yekun vurulub.

 

SportArena.az xəbər verir ki, turun "Xəzər Lənkəran" - "Simurq" oyunu baş tutmayıb. Buna Zaqatala klubunun Lənkərana səfər etməməsi səbəb olub.  AFFA İntizam Komitəsinin "Simurq"a  0:3 hesablı texniki məğlubiyyət verəcəyi gözlənilir.

Son oyuna çıxmamasına baxmayaraq "Simurq" çempionatı ikinci pillədə başa vurub.

Doğma meydanda AZAL-a 2:1 hesabı ilə qalib gələn "Neftçi" bürünc medallara yiyələnib.

Qeyd edək ki, "İnter" dünən "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib.

27 may

Əvəzedicilərin çempionatı, sonuncu-36-cı tur

“Neftçi” - AZAL - 2:1
Qollar:  Ruslan Nəsirli, 28 (0:1), Pərviz Qaraxanov, 56 (1:1), Emil Həsənzadə, 88 (2:1)

“Qəbələ” - “Bakı” - 0:1
Qol: Mahir Mədətov, 35 (0:1)

"Xəzər Lənkəran" - "Simurq" (baş tutmayıb)

26 may

"Sumqayıt" - "İnter" - 0:2
Qollar: Mirsahib Abbasov, 42 (0:1), Azər Salahlı, 90 (0:2)


Digər xəbərlər

Xəbər xətti