FOTO “ZİRVƏ”də zirvəyə çatdılar …

15:02 28 May 2015

Lənkəranda, 28 may Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 97-ci il donumünə həsr olunmuş ənənəvi turnir başa çatib.

 

1990-ci ildən bu günə kimi keçirilən turnirdə 20-dən yuxarı şəhər və kənd orta məktəblilərini təmsil edən 9-10 yaşlı uşaq komandaları təmsil olunmuşdlar. Yarış iştitrakçıları və oyunları idarə edən hakimlər  Bakıda keçiriləcək birinci Avropa oyunlarının loqası olan fufbol geyimlərində meydana çıxmışdılar. Final qarşılaşmasında otən ilin qalibi Aşagi Nüvədi kəndinin orta məktəbi ilə şəhər 1-sayli tam orta məktəbin komandaları üz-üzə gəliblər. Zirvə idman klubunun bazasında keçirilən final görüşü 3:2-hesabı ilə 1-sayli məktəbin balacalarının xeyrinə başa catıb. Finaldan sonra qaliblərə və mükafatcılara diplom və qiymətli hədiyyələr təqdim olunub.


Xəbər xətti