Qurban Qurbanov haqda çəkilmiş filmin təqdimat mərasimi keçiriləcək

18:21 28 May 2015

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqda film çəkilib.
 
 
SportArena.az xəbər verir ki, Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin Azərbaycandakı təmsilçisi Şakir Eminbəyli tərəfindən çəkilmiş filmdə Qurban Qurbanovun məşqçi kimi Azərbaycanda, eləcə də Avropada qazandığı uğurlardan bəhs olunub. 
 
Sabah filmin təqdimat mərasimi keçiriləcək. Tədbirdə "Qarabağ" klubunun rəhbərliyi, ölkə çempionu olmuş "Qarabağ" komandası, Azərbaycan Premyer Liqa klublarının funksionerləri, AFFA və PFL rəhbərliyi iştirak edəcək.


Xəbər xətti