Çingiz Abdullayev: "Cari mövsümü uğurlu hesab edə bilərik"

10:12 29 May 2015

Premyer Liqamızın sonuncu turu çərçivəsində “Neftçi” AZAL-ı qəbul edib. SportArena.az xəbər verir ki, qarşılama 1:1 hesabı ilə başa çatıb. Matçdan sonra “ağ-qaralar”ın Müşahidə Şurasının sədri Çingiz Abdullayev jurnalistlərin suallarını cavablayıb:

 

"Cari mövsümü uğurlu hesab edə bilərik.Çünki, kubokun finalına vəsiqə qazanmışıq. İnanıram ki, Qəbələdə kubok matçını qazanacağıq. Buna inanıram. İnam olmasaydı, final matçına getməzdik. Komandamızda kifayət qədər gənc futbolçular var. Düz deyir bəzi çətinliklər var, kimisinin müqavilə müddəti başa çatır. Müəyyən dəyişikliklər edirik. Təbii ki, biz də istəytirik ki, müəyyən dönüşlər olsun, avrokuboklarda uğur qazanaq. Gənc futbolçularmızın necə yaxşı oynamağının şahidi oldunuz. Mən inanıram ki, komandamızın gələcəyi var və olmalıdıda".


Digər xəbərlər

Xəbər xətti