FOTOLAR Çempionluq ziyafəti

12:11 29 May 2015

“Rəvan”ın U-19 komandasının üzvlərinin şərəfinə ziyafət təşkil edilib.

 

SportArena.az xəbər verir ki, AFFA-nın keçirdiyi U-19 Liqasının 2014/2015-ci il mövsümünün qalibi olan “aslanlar”ın çempionluğu yüksək səviyyədə qeyd olunub.

Mərasimdə “Rəvan”ın sponsoru “Nurgün” Şirkətlər Qrupunun rəhbər şəxsləri, klub rəsmiləri, məşqçi, texniki və inzibati heyət üzvləri iştirak ediblər.

“Rəvan”ın vitse-prezidenti İlqar Axundov gənc məşqçi Fizuli Məmmədovun rəhbərlik etdiyi kollektivi təbrik edib, əldə olunan çempionluğun klub və Azərbaycan üçün önəmli olduğunu söyləyib. “Sarı-qırmızılılar”ın U-19 Liqasının qalibi olmaqla, UEFA Gənclər Liqasına vəsiqə qazandığına diqqət çəkən İ.Axundov, bunun məsuliyyətini dərk etdiklərini, futbolçuların daha da yaxşı çalışmalı olduqlarını deyib və gənclərə gələcək karyeralarında uğurlar arzulayıb.

“Nurgün” Şirkətlər Qrupunu adından komanda üzvlərini təbrik edən şirkətin vitse-prezidenti Oqtay Rüstəmov isə “Rəvan”ın əldə etdiyi çempionluğun klub üçün böyük önəm daşıdığını, lakin zirvədəki yeri qorumağın ora yüksəlməkdən çətin olduğunu söyləyib.

Mərasimin sonunda O.Rüstəmov komanda üzvlərini “Nurgün” Şirkətlər Qrupunun xüsusi mükafat və hədiyyələri ilə təltif edib. Daha sonra isə xatirə şəkili çəkdirilib.


Digər xəbərlər

Xəbər xətti