FOTO “Bakı”nın daha bir komandası birinci oldu

13:08 29 May 2015

Mayın 28-də "Əlincə" Futbol Klubunun  yaradılmasının 5 illiyi ilə əlaqədar keçirilən turnirə yekun vurulub.

 

SportArena.Az-ın xəbərinə görə, turnirdə "Əlincə" , "İnter-1" ,  "İnter-2", "Bakı-1" , "Bakı-2" , "Vətən" , "Qarabağ" və "Təhsil" klublarının U-12 komandaları iştirak edib. Qrup oyunlarından sonra "Vətən", "Əlincə" , "Bakı-1" və "Bakı-2" yarımfinala vəsiqə qazanıb. 

Mayın 27 də keçirilən yarımfinal qarşılşmasında "Bakı-1" "Əlincə"ni (11 metrlik zərbələr seriyasında 3:1), "Bakı-2" isə "Vətən" komandasını məğlub (2:1) edib.

Finalda bir məşqçinin - Cəfər Hüseynovun  yetirmələri "Bakı-1" və "Bakı-2" qarşılaşıblar.  Respublika günü- mayın 28-də keçirilən qarşılaşmada "Bakı-1" 1:0 hesabı ilə qalib gəlməklə turnirdə birinci yeri tutub.


Digər xəbərlər

Xəbər xətti