Müqaviləsi bitən futbolçular haqqında qərar nə zaman veriləcək?- Qurban Qurbanov danışdı

09:12 30 May 2015

SportArena.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında transfer məsələsinə toxunub və bəzi maraqlı faktlara bağlı danışıb:
 
 
"Transferlə bağlı işlərimiz davam edir. Əfsuslar olsun ki, bəzən istədiyin futbolçuları transfer edə bilmirsən. Hərdən məni heyətə yeni futbolçu cəlb edə bilməməyimiz yox, bəzi oyunçularımızın oyun səviyyəsinin aşağı düşməsi narahat edir. Onlarla bağlı qərarımı bilirəm. Ancaq indi bu haqda danışmağım düzgün olmaz. Çünki qarşıda kubokun final oyunu var. Final oyunundan sonra  müqaviləsi başa çatan futbolçularla bağlı məsələyə baxacağam. Adını çəkdiyiniz legionerlərin hər biri bizim üçün dəyərli futbolçulardır”.


Xəbər xətti