Klub açıqladı- "Xəzər Lənkəran"ın "Neftçi"yə saldığı sancı "mədəyə qədər getdi"

15:15 30 May 2015

"Neftçi"nin futbolçusu Flavinyo zədə səbəbindən Azərbaycan kubokunun final oyununda iştirak edə bilməyəcək.

 

SportArena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə "Xəzər Lənkəran" klubu ilə keçirilmiş matçda zədələnmiş futbolçu müalicəsini vətənində davam etdirəcək.

 Bu gün Braziliyaya yola düşəcək Flavinyo, "Neftçi"nin Avstriya təlim-məşq toplanışında komandanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" iyunun 3-ü saat 20:00-da başlayacaq.


Xəbər xətti