Yapon futbolçu "Çelsi"dən imtina etdi

13:34 31 May 2015

Yaponiya milli komandasının hücumçusu Yosinori Muto “Maynts”la anlaşıb. SportArena.az xəbər verir ki, futbolçu bundesliqa klubuna “Tokio”dan keçib.


 
22 yaşlı hücumçu ilə 2019-cu ilin iyun ayına kimi müqavilə imzalanıb.
 
Xatırladaq ki, Muto ilə daha əvvəl “Çelsi” də maraqlanmışdı, ancaq yapon hücumçu “zadəganlar”ın təklifindən imtina etmişdi.


Digər xəbərlər

Xəbər xətti